26 mart 2026. Cümə axşamı

Səbail'in futbolçusu Barselona ilə oyunu xatırladı


Səbail'in futbolçusu Barselona ilə oyunu xatırladı

"Səbail"in futbolçusu Maykl Essyen "Çelsi" klubunda çıxış etdiyi vaxt Çempionlar Liqasında "Barselona" ilə keçirdikləri yarımfinal mərhələsinin cavab oyununu yada salıb.

Corner.az-ın Qana mətbuatına istinadən məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi 2008/2009 mövsümünə təsadüf etmiş qarşılaşmanın özü və komandası üçün arzuolunan nəticə ilə başa çatmadığını bildirib.

"Bu, karyeramda ən yaxşı oyunlardan biri idi. "Barselona" kimi böyük komandaya qarşı çıxış edirdik. Vurduğum qol gözəl alınsa da, nəticə bizim üçün məyusedici oldu" deyə o, vurğulayıb.

Qeyd edək ki, Maykl Essyen sözügedən matçın 9-cu dəqiqəsində hesabı açsa da, Andres İnyestda 90-cı dəqiqədə bərabərlik qolunu vurub. İspaniyadakı ilk oyunda qolsuz heç-heçə qeydə alındığından, "Barselona" cavab qarşılaşmasındakı səfər qolu sayəsində finala yüksəlib. (report)







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"