26 mart 2026. Cümə axşamı

UEFA avrokubokların yeni təqvim variantını təqdim etdi


UEFA avrokubokların yeni təqvim variantını təqdim etdi

Futbol üzrə Çempionlar Liqası və Avropa Liqasında mövsümün qalan hissəsinin təqvim variantı hazırlanıb.

Corner.az "RMC Sport"a istinadən məlumatına görə, bu barədə UEFA-nın bir çox tanınmış klubların prezidentləri ilə videokonfrans formatında qeyri-rəsmi görüşündə açıqlama verilib. UEFA rəsmiləri avrokubokların qalan hissəsinin bərpası üçün milli çempionatların iyulun sonlarınadək yekunlaşdırılmasının vacibliyini vurğulayıblar.

Təklif olunan variant isə belədir:

Çempionlar Liqası

1/8 final mərhələsinin qalan cavab oyunları: 7-8 avqust


"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)

İlk oyun - 3:0

"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)

İlk oyun - 1:1

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)

İlk oyun - 2:1

"Yuventus" (İtaliya) - "Lion" (Fransa)

İlk oyun - 0:1

1/4 final: İlk oyunlar - 11-12 avqust, cavab görüşləri - 14-15 avqust

Yarımfinal: 18-19 avqust və 21-22 avqust

FİNAL: 29 avqust


Avropa Liqası

1/8 final mərhələsinin qalan ilk oyunları: 2-3 avqust

"Sevilya" (İspaniya) - "Roma" (İtaliya)

"İnter" (İtaliya) - "Xetafe" (İspaniya)

1/8 final mərhələsinin qalan cavab oyunları: 6 avqust

"Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 1:1

"Bayer" (Leverkuzen, Almaniya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 3:1

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Volfsburq" (Almaniya)

İlk oyun - 2:1

"Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya)

İlk oyun - 5:0

"Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya)

İlk oyun - 3:0

"Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə)

İlk oyun - 0:1

"Roma" (İtaliya) - "Sevilya" (İspaniya)

"Xetafe" (İspaniya) - "İnter" (İtaliya)

1/4 final: İlk oyunlar - 10 avqust, cavab görüşləri - 13 avqust

Yarımfinal: İlk oyunlar - 17 avqust, cavab görüşləri - 20 avqust

FİNAL: 26 (27 avqust)


Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal və final oyunlarının Türkiyənin İstanbul şəhərində təşkili nəzərdə tutulub. Avropa Liqasında isə eyni mərhələlərinin qarşılaşmaları Polşanın Qdansk şəhərində olacaq.(report)







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"