5 dekabr 2025. Cümə

Hər şey indiki kimi olsa, avrokuboklar avqustda başa çatdırılacaq - Çeferin


Hər şey indiki kimi olsa, avrokuboklar avqustda başa çatdırılacaq - Çeferin

"Avropakuboklarda mövsümün başa çatdırılması üçün konkret planımız var. Düşünürəm ki, əksər ölkələrdə mövsüm başa çatdırılacaq".

Corner.az xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksander Çeferin "beIN Sports"a açıqlamasında söyləyib.

O, bildirib ki, artıq assosiasialara milli çempionatların tamamlanması ilə bağlı təzyiq edilməyəcək: "Bu, onların öz qərarlarıdır. UEFA İcraiyyə Komitəsi tarixləri təsdiqləyənə qədər gözləməliyik. Amma deyə bilərəm ki, hər şey indiki kimi olsa, avrokubok mövsümü avqustda başa çatdırılacaq. Yerli liqalar ayrı məsələdir və necə hərəkət edəcəklərinə özləri qərar verəcəklər. Əvvəllər dediyim kimi, onların 80 faizinin mövsümü başa vuracağına inanıram".

Qrum rəhbəri Çempionlar Liqası və Avroliqanın 2020/2021 mövsümünün əvvəlki kimi qalacağını söyləyib: "Təqvim çox sıx  olsa da, dəyişiklik etməyə yerimiz yoxdur. Təqvim əvvəlki kimi qalacaq. Ola bilsin, tarixlərdə bir-iki günlük fərq olsun".(qol)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”