14 avqust 2026. Cümə

Avrokuboklar dördlər finalı formatında keçirilə bilər


Avrokuboklar dördlər finalı formatında keçirilə bilər

UEFA-nın İşçi qrupu avrokubokların başa çatdırılması üçün yeni format hazırlayıb.

Corner.az-ın AS nəşrinə istinadən məlumatına görə, Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) 1/4 final qarşılaşmalarının 1 matçdan ibarət olması təklif olunur.

Qitə futbol qurumu ÇL-də yarımfinal və final mərhələsini "dördlər finalı" formatında Türkiyənin İstanbul şəhərində keçirməyi planlaşdırır. AL-də isə son iki mərhələnin matçları müvafiq olaraq Polşanın Qdansk şəhərində təşkil olunacaq.

Bu variantın səs çoxluğu ilə qəbul olunduğu və UEFA İcraiyyə Komitəsinin iclasında təsdiqlənəcəyi bildirilib.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb.(report)







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu