5 dekabr 2025. Cümə

ÇL-da 23 yaşına qədər ən çox qol vuran futbolçular - SİYAHI


ÇL-da 23 yaşına qədər ən çox qol vuran futbolçular - SİYAHI

UEFA Çempionlar Liqasında 23 yaşına qədər ən çox qol vuran futbolçular bəlli olub. 

Corner.az "Give me Sport" nəşrinə istinadən xəbər verir ki, siyahının ilk pilləsində "Barselona"nın futbolçusu Lionel Messi yer alıb. 

Argentinalı  hücumçu 23 yaşına qədər qitənin bir nömrəli klub turnirində 25 dəfə fərqlənib. 

İkinci sırada 22 qolla "Real Madrid"in sabiq oyunçusu Raul Qonsales qərarlaşıb. PSJ-nin futbolçusu və hazırda 22 yaşı olan Kilian Mbappe 19 qol vurmağı bacarıb. 

İlk "5-lik"də "Real Madrid"in hücumçusu Kərim Benzema (17 qol) və "Yuventus"un sabiq futbolçusu Alessandro Del Pyero (16 qol) da var. "Milan", "Çelsi" və "Dinamo" (Kiyev) klublarının keçmiş hücumçusu Andrey Şevçenko da 16 qol vurub. 

7-ci yerdə 15 qolla "Barselona" və "Real Madrid"in sabiq futbolçusu Xavyer Saviola qərarlaşıb. "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi isə 9-cu ola bilib - 13 qol. 

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo ilk "10-luğ"a düşməyib. O, 23 yaşına qədər Çempionlar Liqasında 8 dəfə fərqlənib. 

1. Lionel Messi - 25 qol ("Barselona", İspaniya)

2. Raul Qonsales - 22 qol 

3. Kilian Mbappe - 19 qol (PSJ, Fransa) 

4. Kərim Benzema - 17 qol ("Real Madrid", İspaniya) 

5. Alessandro Del Pyero - 16 qol 

6. Andrey Şevçenko - 16 qol

7. Xavyer Saviola - 15 qol

8. Qabriel Jesus - 13 qol ("Mançester Siti", İngiltərə) 

9. Ueyn Runi - 13 qol ("Mançester Yunayted"in sabiq futbolçusu

10. Sesk Fabreqas ("Monako", Fransa), Erlinq Holand ("Borussiya", Dortmund Almaniya), Patrik Klüvert - hamısı 10 qol 







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”