1 fevral 2026. Bazar günü

ÇL-in finalı İstanbuldan alınır?


ÇL-in finalı İstanbuldan alınır?

UEFA Çempionlar Liqasının finalının ev sahibliyini İstanbuldan almaq barədə düşünür.

Corner.az-ın xəbərinə görə, bu haqda “Sky Italia” məlumat yayıb. Mənbə bildirib ki, qitənin futbol qurumu Türkiyədə koronavirus pandemiyasının sabitləşməyəcəyindən və təşkilatçıların insanların təhlükəsizliyini təmin edə bilməyəcəyindən narahatdır.

Avqustda keçirilməsi nəzərdə tutulan finalın Almaniyada oynanılmasının planlaşdırıldığı iddia edilib.

ABŞ-ın “Nyu-York Tayms” qəzeti də finalın İstanbuldan alınacağını yazıb. Qəzet yazıb ki, finalın Lissabonda keçirilməsi gözlənilir.

Hələlik bu iddialarla bağlı UEFA-nın mövqeyi bilinmir.(qol)







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”