14 avqust 2026. Cümə

Finalın İstanbuldan alınacağı xəbərlərinə - UEFA-dan reaksiya


Finalın İstanbuldan alınacağı xəbərlərinə - UEFA-dan reaksiya

Bu mövsüm Çempionlar Liqasının finalının ev sahibliyinin İstanbuldan alınaraq başqa ölkənin şəhərinə veriləcəyi haqda xarici mediada yayılan xəbərlərə UEFA münasibət bildirib.

Corner.az-ın xəbərinə görə, qurumun mətbuat xidmətindən qeyd edilib ki, yarışın tarixi və formatı ilə bağlı klub, liqa və milli assosiasiya nümayəndələrinin daxil olduğu işçi qrupunda müzakirə aparılır: “Hazırda heç bir qərar verilməyib. Qərar iyunun 17-də qəbul ediləcək”.

Daha öncə yayılan məlumatlara görə, Türkiyə koronavirus pandemiyası səbəbindən epidemioloji təhlükəsizliyə təminat verə bilməyib. Buna görə də final başqa ölkədə keçiriləcək.(qol)







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu