26 mart 2026. Cümə axşamı

ÇL tarixinin reytinqi açıqlandı - Azərbaycandan 7 klub


ÇL tarixinin reytinqi açıqlandı - Azərbaycandan 7 klub

UEFA 1955-2020-ci illər arasında əvvəllər adı Çempionlar kuboku, 1992/1993 ildən isə Çempionlar Liqası adlanan yarışın bütün tarixi boyu orada oyun keçirən klubların reytinqini açıqlayıb.

Corner.az xəbər verir ki, bu zaman komandaların həm qrup, həm də təsnifat mərhələlərindəki iştirakı əsas götürülüb.

Siyahıya 438 matç və 600 xalla “Real Madrid” liderlik edir. “Bavariya” ikinci (348 oyun, 476 xal), “Barselona” isə üçüncü (317 oyun, 447 xal) pillədə qərarlaşıb.

Azərbaycandan siyahıda yeddi komanda yer alıb. Ən yaxşı göstərici ilk yüzlüyə daxil olan “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun komandası turnirdə 36 matç keçirib. Ağdam klubu göstərdiyi ümumi nəticələrlə 41 xal toplayıb və 84-cü yeri tutur.

“Neftçi” 169-cu (15 xal), “Bakı” 269-cu (6 xal), “İnter” (indiki “Keşlə”) 294-cü (5 xal), “Şəmkir” 396-cı (2 xal), “Kəpəz” 397-ci (2 xal), “Xəzər Lənkəran” 424-cü (1 xal) pilləni tutur.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"