24 yanvar 2025. Cümə

Beynəlxalq təqvimlə bağlı qərar verməyə yaxınıq


Beynəlxalq təqvimlə bağlı qərar verməyə yaxınıq

FIFA prezidenti Canni İnfantino maliyyə fəaliyyətinin şəffaflığını artırmaq məqsədilə bu yöndə qaydaların sərtləşdirilməsini istəyib. 

Corner.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, funksioner qurumuna üzv olan 211 milli assosiasiyaya müraciətində dünya futbolunun inkişafı ilə bağlı bir sıra məsələyə münasibət bildirib. 

O, bir neçə çempionatın mövsümü bərpa etmək barədə qərarını alqışlayıb. İnfantino deyib ki, insan sağlamlığının qorunması hər zaman prioritet olaraq qalmalıdır. 

FIFA prezidenti beynəlxalq təqvimlə bağlı da danışıb: "Bu yöndə müəyyən uğurlara imza atdığımızı bildirməkdən məmnunluq duyuram. Müxtəlif məsləhətləşmələr sayəsində hər kəsin ehtiyaclarını nəzərə alan balanslı həll yolu təqdim etməyə yaxınlaşırıq. Yüksək səviyyəli klub futbolunun bərpasının prioritet olduğu aydındır, lakin milli komandaları, qadın futbolunu, aşağı liqaları unutmamalıyıq".  

Qeyd edək ki, FIFA daha öncə 211 üzv milli assosiasiyaya 150 milyon ABŞ dolları ayırıb.







Çempionlar liqası

"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”
"Rəqibimiz layiqli qələbə qazandı"
  • Çempionlar liqası
  • 12:19 23.01.2025
"Rəqibimiz layiqli qələbə qazandı"
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
  • Çempionlar liqası
  • 12:09 23.01.2025
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
"Hər şey öz əlimizdədir"  - Simone İnzaqi
  • Çempionlar liqası
  • 11:38 23.01.2025
"Hər şey öz əlimizdədir" - Simone İnzaqi