1 oktyabr 2026. Cümə axşamı

UEFA-nın Çempionlar Liqası ilə bağlı planı bilindi


UEFA-nın Çempionlar Liqası ilə bağlı planı bilindi

UEFA İcraiyyə Komitəsinin Çempionlar Liqası barədə planı bəlli olub. 

Corner.az AS nəşrinə istinadən xəbər verir ki, qurum 1/8 final mərhələsinin cavab matçlarını 8-9 avqustda keçirməyi planlaşdırır. 

Avqustun 12-dən isə Portuqaliyanın Lissabon şəhərində 8 komandadan ibarət mini-turnir təşkil olunacaq. Matçlar "Jose Alvalade" və "Estadio da Luş" stadionlarında baş tutacaq. 

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclası iyunun 17-də olacaq.(report)







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”