26 mart 2026. Cümə axşamı

ÇL-nın final oyunu başqa şəhərdə keçiriləcək?


ÇL-nın final oyunu başqa şəhərdə keçiriləcək?

Türkiyənin Gənclər və İdman naziri Muharrem Kasapoğlu bu il İstanbulda keçirilməsi planlaşdırılan Çempionlar Liqasının final oyununun başqa şəhərdə təşkil olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Corner.az-ın məlumatına görə, o, "TRT Spor" kanalının "Instagram" səhifəsindəki canlı yayımda UEFA-nın həlledici matçın yerini dəyişməyəcəyinə inandığını söyləyib.

Nazir sözügedən məsələnin diqqət mərkəzində olduğunu vurğulayıb: "Bu, olduqca vacib mövzudur. Görüş mayda keçirilməli idik. Cari mövsümün əvvəlində UEFA Superkubokunun oyununa yüksək səviyyədə ev sahibliyi etdik. Final qarşılaşmasını da bu cür keçirəcəyimizə şübhəm yoxdur. İyunun 17-də gözəl xəbər alacağımıza inanıram".

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin 17 iyun tarixindəki iclasında avrokuboklarla bağlı qərar qəbul olunacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"