5 dekabr 2025. Cümə

UEFA Çempionlar Liqası ilə bağlı qərarını verdi


UEFA Çempionlar Liqası ilə bağlı qərarını verdi

UEFA Çempionlar Liqasının qalan matçları ilə bağlı qərar verib.

Corner.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, ÇL-in görüşləri Lissabonda "səkkizlər finalı" formatında oynanılacaq. 1/4 finalın matçları 12-15 avqust, yarımfinal 18-19 avqustt, finalın isə 23 avqust tarixlərində keçirilməsi planlaşdırılır.

"Səkkizlər finalı"nın püşakatması iyulun ortası Nyonda olacaq.

1/8 finalın "Yuventus" – "Lion" və "Barselona" - "Napoli" görüşləri müvafiq olaraq 7, 8 avqustda Turində və Barselonada keçiriləcək.  "Mançester Siti" – "Real" və "Bavariya" – "Çelsi" görüşlərinin məkanı isə hələ müəyyənləşməyib.

Yeni qərarla  İstanbulun builki yox, gələn il keçiriləcək ÇL-in finalına ev sahibliyi edəcəyi vurğulanıb. Sankt-Peterburqda isə 2021/2022 mövsümündəki final oynanılacaq.

Bundan başqa, UEFA Superkuboku isə sentyabrın 24-ü Budapeştdə olacaq.

Bu qərarların UEFA İcraiyyə Komitəsinin iyunun 17-i keçiriləcək iclasında təsdiqlənəcəyi bildirilib.

Xatırladaq ki, ÇL-də 1/4 finala "Atalanta", "Atletiko, PSJ və "Leyptsiq" vəsiqəni təmin edib.(qol)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”