5 dekabr 2025. Cümə

Klublarımızın avrokubok mübarizəsinə başlayacaqları tarix bilindi


Klublarımızın avrokubok mübarizəsinə başlayacaqları tarix bilindi

UEFA Çempionlar Liqası və Avropa Liqasında 2020-2021 mövsümünün başlama tarixi məlum olub.

Corner.az Polşa mətbuatına istinadən xəbər verir ki, avrokuboklarda təsnifat mərhələsinə avqustun 18-19-da start veriləcək.

Çempionlar Liqasında isə yeni mövsüm 25-26 avqustda başlayacaq. 

Təsnifat mərhələlərinin bütün görüşləri bir oyundan ibarət olacaq. Ev sahibi komandalar cütlərin tərkibi müəyyənləşdikdən sonra püşk yolu ilə müəyyənləşəcəklər. Təsnifat mərhələsində cavab matçları olmayacaq.

Hər iki turnirlə bağlı qərar bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclasında rəsmiləşəcək. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının qalibi Çempionlar Liqasında, 2-ci və 3-cü yerlərin sahibləri, həmçinin ölkə kubokunun qalibi Avropa Liqasında mübarizə aparacaq.

AFFA İcraiyyə Komitəsi koronavirus pandemiyasına görə dayandırılan çempionatla bağlı yekun qərarını iyunun 18-də açıqlayacaq.(report)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”