30 iyun 2026. Çərşənbə axşamı

Daha səni gözləməyə səbrim çatmır, sevgim


Daha səni gözləməyə səbrim çatmır, sevgim

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının avqustda bərpasına münasibət bildirib.

Corner.az xəbər verir ki, o, bununla bağlı özünün "İnstaqram" səhifəsində yazıb: "Daha səni gözləməyə səbrim çatmır, sevgim. Çempionlar Liqası geri dönür".

Qeyd edək ki, Çempionlar Liqasının oyunları avqustdan bərpa olunacaq. Görüşlər "səkkizlər finalı" formatında Lissabonda keçiriləcək.

Xatırladaq ki, PSJ, "Atalanta", "Atletiko", "Leyptsiq" ÇL-in 1/4 finalına yüksəlib. Digər 4 1/4 finalçı isə hələ müəyyənləşməyib.(qol)







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu