5 dekabr 2025. Cümə

Qarabağ'ın 11 potensial rəqibi - Çempionlar Liqası


Qarabağ'ın 11 potensial rəqibi - Çempionlar Liqası
Yeni mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki 11 potensial rəqibi bəllidir.
 
21 min xalı olan Ağdam təmsilçisi səpələnmişlər səbətində olacaq. Bu da o deməkdi ki, “Köhlən atlar”ın 1-ci təsnifat mərhələsindəki rəqibi aşağı reytinq xalına malik komanda olacaq.
 
1-ci təsnifat mərhələsində mübarizə aparacaq 34 komandada 28-i artıq bəllidir. Onlar 2 səbətə bölünəcək və hər siyahıda 17 komanda yer alacaq. Bir komanda ilkin mərhələdən bu siyahıya qoşulacaq. Orda iştirak edəcək iki klubun da adı artıq məlumdur – “Linfild” (Şimali İrlandiya) və “Tre Fiori” (San-Marino). Bu klubları da “Qarabağ” üçün potensial rəqib hesab etmək lazımdır. Çünki ilkin mərhələnin qalibi olacaq komandanın 1-ci təsnifatda “səpələnməyəcəyi” artıq bəllidir.
 
1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində isə “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya) və “Suduva” (Litva)  klubları da yer alacaq.
 
Səpələnməmişlər səbətində yer alacağı və “Qarabağ”ın mümkün rəqibi olacağı dəqiqləşənlər isə bunlardır:
 
“Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), , “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta).
 
“Omonia” (Kipr), “Fola” (Lüksemburq), “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tbilisi, Gürcüstan) və “Yurqorden”in (İsveç) hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib. (futbolpress.az)





Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”