1 fevral 2026. Bazar günü

ÇL-nın keçiriləcəyi şəhər karantinə aldı


ÇL-nın keçiriləcəyi şəhər karantinə aldı

UEFA Çempionlar Liqasının oyunlarının keçiriləcəyi Portuqaliyanın paytaxtı Lissabon şəhərində yenidən karantin rejimi tətbiq olunub. 

Corner.az-ın məlumatına görə, qərar koronavirusa yoluxanların sayının artması ilə əlaqədar qəbul edilib. 19 bölgədəki 700 min insan yalnız işə getmək və ehtiyaclarını qarşılamaq üçün evdən çıxa bilərlər. 

Qeyd edək ki, Portuqaliyada koronavirusa yoluxanların sayı 42 mini ötüb. 1 500 nəfər isə dünyasını dəyişib. UEFA iyunun 17-də Çempionlar Liqasının 1/4 final mərhələsindən etibarən bütün qarşılaşmaların 12 - 23 avqustda Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcəyini açıqlayıb.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”