5 dekabr 2025. Cümə

UEFA cavab oyunları ilə bağlı qərar verdi - Çempionlar Liqası


UEFA cavab oyunları ilə bağlı qərar verdi - Çempionlar Liqası

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları neytral meydanda keçirilməyəcək.

Corner.az AS nəşrinə istinadən xəbər verir ki, UEFA ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə razılıq verib.

Rəsmi açıqlamanın iyulun 10-da veriləcəyi gözlənilir.

Qeyd edək ki, UEFA daha əvvəl Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar verib.

1/8 finalda isə "Yuventus" (İtaliya) - "Lion" (Fransa), "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) və "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) görüşləri olacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”