- Çempionlar liqası
- 14:35 23.01.2025
Bu gün Çempionlar Liqasının 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb.
Corner.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə sözügedən mərhələlərdə üz-üzə gələcək cütlüklər müəyyənləşib.
12-15 avqust
1/4 final
"Mançester Siti" (İngiltərə) / "Real Madrid" (İspaniya) cütünün qalibi - "Yuventus" (İtaliya) / "Lion" (Fransa) cütünün qalibi
"Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)
"Barselona" (İspaniya) / "Napoli" (İtaliya) cütünün qalibi - "Bavariya" (Almaniya) / "Çelsi" (İngiltərə) cütünün qalibi
"Atalanta" (İtaliya) - PSJ (Fransa)
18-19 avqust
Yarımfinal
1 cütünün qalibi - 3 cütünün qalibi
2 cütünün qalibi - 4 cütünün qalibi
1/8 finalın təxirə salınan cavab matlarınçında "Mançester Siti" "Real"ı (ilk oyun -2:1), "Yuventus" "Lion"u (ilk oyun - 0:1), "Barselona" "Napoli”ni (ilk oyun 1:1), "Bavariya" isə "Çelsi"ni (ilk oyun -3:0) qəbul edəcək.
Qeyd edək ki, 1/8 finalın cavab matçları meydan sahiblərinin meydanında, 1/4 finaldan etibarən bir görüşdən ibarət olacaq oyunlar isə Portuqaliyada keçiriləcək.