Ardıcıl 7-ci dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın daha iki potensial rəqibi müəyyənləşib.
Corner.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində “Fola” (Lüksemburq) və Albaniya çempionu “Tirana” ilə də qarşılaşa bilər. Daha əvvəl səbəti qeyri-müəyyən olan bu komandaların "səpələnməmişlər"də olacağı dəqiqləşib.
Aktivində 21 min xalı olan Qurban Qurbanovun komandası səpələnmişlər səbətində olacaq ki, bu da nisbətən zəif rəqiblərin düşəcəyi deməkdir.
1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), Legiya (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omonia” (Kipr), “Sarayevo” (Bosniya və Herseqovina) və Rumıniya çempionu olacaq.
Beləliklə, "Qarabağ"ın 14 potensial rəqibi bəllidir. “Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) isə ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir.
Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü avqustun 9-da atılacaq.(qol)