30 iyun 2026. Çərşənbə axşamı

Mançester Siti - Real oyunu başqa şəhərdə keçirilə bilər


Mançester Siti - Real oyunu başqa şəhərdə keçirilə bilər

Çempionlar Liqasının 1/8 final mərhələsinin  "Mançester Siti" - "Real" cavab matçı Portuqaliyada keçirilə bilər.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, İspaniyada koronavirusun yeni dalğası başladığı üçün İngiltərə hökuməti bu ölkədən gələn insanlara 2 həftə karantində qalma qaydası tətbiq edir. Ona görə də hazırda UEFA alternativ variantlar üzərində də düşünür. Ehtimal edilir ki,  avqustun 7-də "Etihad" stadionunda keçirilməsi nəzərdə tutulan  matç Portuqaliyada təşkil edilə bilər.


Qeyd edək ki, komandalar arasındakı ilk görüş "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.(qol)







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu