23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın bütün potensial rəqibləri bilindi - Çempionlar Liqası


Qarabağ'ın bütün potensial rəqibləri bilindi - Çempionlar Liqası

Ardıcıl 7-ci dəfə ölkəmizi  Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

Corner.az xəbər verir ki, aktivində 21 min xalı olan Qurban Qurbanovun komandası səpələnmişlər səbətində olacaq ki, bu da nisbətən zəif rəqiblərin düşəcəyi deməkdir.

1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində  “Qarabağ”la yanaşı, Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Legiya” (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferensvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omoniya” (Kipr), Rumıniya çempionu, “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tbilisi, Gürcüstan) olacaq.

Səpələnməmişlər səbətində isə "Qarabağ"ın potensial rəqibləri - “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), "Ararat" (Ermənistan), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta), "Çelye" (Sloveniya) yer alıb.

Beləliklə, "Qarabağ"ın ölkə çempionu olan 15 potensial rəqibinin hamısı bəllidir. “Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) isə ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir. Bu oyunlar 8-11 avqustda keçiriləcək. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü isə avqustun 9-da atılacaq.(qol)







Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər