15 may 2026. Cümə

Messi'ni ya yuxumda, ya da Playstation-da dayandıra bilərəm


Messi'ni ya yuxumda, ya da Playstation-da dayandıra bilərəm

"Napoli"nin baş məşqçisi Qatuzzo Çempionlar Liqasının 1/16 finalında "Barselona" ilə görüşdən öncə komandanın kapitanı Lionel Messi haqda danışıb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı hücumçu haqqında düşüncələri ilə bağlı verilən sualı belə cavablandırıb:


"Messini ya yuxumda, ya da oğlumun "Playstation"ında saxlaya bilərəm. "Milan"da oynayanda indikindən 10-15 kq arıq idim və onun qarşısını kəsməyə çalışmışdım".

Qeyd edək ki, Çempionlar Liqasının 1/16 finalının cavab oyunları çərçivəsində  keçiriləcək "Barselona" - "Napoli" matçı avqustun 8-də baş tutacaq.  Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.(qol)







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"