15 avqust 2026. Şənbə

Venger ÇL-dakı favoritlərini açıqladı


Venger ÇL-dakı favoritlərini açıqladı

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Çempionlar Liqasındakı favoritlərini açıqlayıb.

Corner.az "Europe 1"ə istinadən xəbər verir ki, o, digər iştirakçılarla müqayisədə "Mançester Siti" və PSJ-nin qalib olmaq şanaslarının daha çox olduğunu deyib:

"Mənim üçün "Mançester Siti" və  PSJ potensial baxımından iki favoritdir. Parislərin üç-dörd il əvvəlkindən daha güclü olmadığını hiss edirəm.  Düşünürəm ki, ümumilikdə Avropa futbolunun keyfiyyəti pisləşib. Lakin PSJ yenə də Avropanın ən yaxşı iki və ya üç komandası arasındadır". (qol)







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu