1 oktyabr 2026. Cümə axşamı

Başakşəhər'in Avroliqadakı oyunu onlara tapşırıldı


Başakşəhər'in Avroliqadakı oyunu onlara tapşırıldı

"Başakşəhər"in Avropa Liqasının 1/8 finalında "Kopenhagen"lə cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı İtaliya Futbol Federasiyasından Daniele Orsato idarə edəcək. Ona həmyerliləri Lorenzo Manqanelli və Alessandro Qiallatini köməklik edəcək. David Massa dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki "Kopenhagen" - "Başakşəhər" görüşü avqustun 5-i keçiriləcək. Bu komandalar arasında İstanbuldakı ilk qarşılaşmada Türkiyə klubu 1:0 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”