1 oktyabr 2026. Cümə axşamı

Napoli'də ciddi itki


Napoli'də ciddi itki

"Napoli" Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə cavab oyunu ərəfəsində ciddi itki ilə üzləşib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Lorenso İnsinye sıradan çıxıb. 29 yaşlı futbolçu A Seriyasının son turunda  “Latsio” ilə oyunda (3:1) zədələnib.
 
Futbolçunun sol budunun əzələsindən zədə aldığı bildirilir. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi qeyd olunub.

Qeyd edək ki, “Barselona” – “Napoli” oyunu avqustun 8-də keçiriləcək. Komandalar arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.(qol)







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”