26 mart 2026. Cümə axşamı

Aquero Real'a qarşı oynamayacaq


Aquero Real'a qarşı oynamayacaq

"Mançester Siti”nin hücumçusu Serxio Aguero Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Real"a qarşı oyunda iştirak etməyəcək.

Corner.az xəbər verir ki, 32 yaşlı futbolçunun zədəsi hələ tam sağalmayıb.

Daha əvvəl argentinalı oyunçunun bu oyuna çatdırılacağı bildirilsə də, mümkün olmadığı vurğulanıb. İspaniyanın Barselona şəhərində əməliyyat keçirən Aqueronun görüşə tam hazır olmadığı bildirilir.

Qeyd edək ki,Aquero  “Bernli”yə qarşı matçda (5:0) zədələnmişdi.

Əlavə  edək ki, “şəhərlilər” ilk oyunda səfərdə “Real” 2:1 hesabı ilə məğlub edib. Cavab qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"