5 dekabr 2025. Cümə

Mançester Siti və Lion növbəti mərhələdə


Mançester Siti və Lion növbəti mərhələdə

UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019/2020 mövsümü bu gün qaldığı yerdən start götürüb.

Corner.az xəbər verir ki, səfərdə “Lion”a 0:1 hesabı ilə məğlub olan “Yuventus” öz meydanında bunun üstəsindən gəlməyə çalışıb. Üç qolun qeydə alındığı matç turinlilərin qələbəsiylə yekunlaşsa da, ümumi hesab bərabər olduğundan, Fransa təmsilçisi səfər qolu sayəsində növbəti mərhələyə adlayıb.

Gecənin mərkəzi qarşılaşması isə İngiltərədə baş tutub. Öz meydanında “Mançester Siti”yə 1:2 uduzan “Real” cavab görüşündə eyni hesabla məğlub olub.Yekun nəticədə "Real" mübarizəni dayandırıbsa, Mançester Siti növbəti mərhələyə vəsiqə qazanıb. 

 

Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları

7 avqust

"Yuventus" (İtaliya) - "Lion" (Fransa) 2:1
Qol: Ronaldo, 43-pen; 60 – Depay, 12-pen.
İlk oyun - 0:1


"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) 2:1
Qol: Sterlinq, 9. Q.Xesus, 68 – Benzema, 28.
İlk oyun - 2:1







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”