30 iyun 2026. Çərşənbə axşamı

Zidan'dan məğlubiyyət şərhi


Zidan'dan məğlubiyyət şərhi

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandadan getmək niyyətində deyil.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis bu barədə Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə matçdan (1:2) sonra danışıb. O, məğlubiyyətə görə "kral klubu"ndan ayrılmayacağını bildirib:

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm. Gələcəyimlə bağlı suallar verməyə ehtiyac yoxdur. Hamımız istirahət edəcəyik və növbəti mövsüm qayıdacağıq".

Qeyd edək ki, "Real" iki oyunun toplamında "Mançester Siti"yə 2:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.(qol)







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu