1 fevral 2026. Bazar günü

Çelsi'nin zədəli futbolçusu sıraya döndü


Çelsi'nin zədəli futbolçusu sıraya döndü
“Çelsi” klubunun futbolçusu Nqolo Kante zədəsini sağaldıb.
 
Corner.az xəbər verir ki, bu barədə “zadəganlar”ın baş məşqçisi Frenk Lempard məlumat verib.
 
29 yaşlı fransalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Bavariya” ilə oyunda iştirak edə biləcək.
 
Komandanın digər zədəliləri - Kristian Pulişiç, Pedro, Sesar Aspilikueta və Villian isə oyunu buraxacaq. Pulişiçin 6, Aspilikuetanın isə 3 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir. Zədəsini sağaldan Villianın isə bu oyun üçün hazır olmadığı bildirilib.
 
Qeyd edək ki, “Bavariya” – “Çelsi” oyunu bu gün, saat 23:00-da start götürəcək. İlk oyunda Münhen klubu 3:0 hesablı qələbə qazanıb.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”