5 dekabr 2025. Cümə

Qattuzo'dan məğlubiyyət şərhi


Qattuzo'dan məğlubiyyət şərhi

"Çox təəssüf hissi keçiririk, sanki yarım saat yuxuya getdik: 3  qol buraxdıq və çox ciddi səhvlər etdik. Bundan başqa, "Barselona"ya böyük təzyiq göstərən bir komanda gördüm. Hesab 0:0 olan zaman 2 qol vura bilərdik. Bu cür qollar buraxaraq hesabda geri düşmək məni dəli edir".

Corner.az xəbər verir ki, bu sözləri "Napoli"nin baş məşqçisi Cennaro Qattuzo Çempionlar Liqasının 1/8 finalında "Barselona"ya 1:3 hesabı ilə uduzduqları cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Həmişə təkrar edirəm ki, güclü, istedadlı oyunçularımız var, amma bu, yetərli deyil. Xarakter baxımından da istənilən səviyyədə olmalıyıq. "Barselona"  ikinci hissədə çox çətinlik çəkdi.  Statistikaya əsasən, Napoli daha üstün idi. Topa daha çox sahib olduq, müdafiədən asanlıqla keçdik. Komanda şəklində oynadıq, amma ən böyük təəssüf budur ki, sanki yarım saat yuxuya getdik və qələbəni "Barselona"ya verdik" - deyə o bildirib.

İtaliyalı mütəxəssis nəticəyə görə çox məyus olduğunu vurğulayıb: "Çünki rəqibə həqiqətən problemlər yarada bilərdik, ancaq sonra ötürmələrdə problem yaşamağa başladıq".

Qattuzo Kataloniya təmsilçisinin baş məşqçisi Kike Setyen haqda da müsbət fikirlər səsləndirib:  "Mən illərdir onun işini izləyirəm. Daha əvvəl Setyenlə ünsiyyət qurmuşuq, bir müddət dost olmuşuq. Düşünürəm ki, onun futbola dair çox maraqlı fikirləri var".(qol)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”