1 fevral 2026. Bazar günü

Qarabağ'ın ÇL-dakı rəqibi bilindi


Qarabağ'ın ÇL-dakı rəqibi bilindi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. 

Corner.az-ın məlumatına görə, Ağdam təmsilçisi Makedoniya vitse-çempionu "Sileks" ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası püşkün nəticəsinə görə matçı öz meydanında keçirəcək. 

Püşkatmanın nəticələri:

"Ferentsvaroş" (Macarıstan) - "Yurqorden" (İsveç)
"Seltik" (Şotlandiya) - KR (Reykyavik, İslandiya)
"Legiya" (Varşava, Polşa) - İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya) / "Drita" (Kosovo) cütünün qalibi
"Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq)
"Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina)
"Srvena Zvezda" (Serbiya) - "Europa" (Cəbəllütariq)
"Buduçnost" (Podqoritsa, Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan)
"Ararat-Armenia" (Ermənistan) - "Omoniya" (Kipr)
"Floriana" (Malta) - ÇFR (Kluj, Rumıniya) 
"Makkabi" (Təl-Əviv, İsrail) - "Riqa" (Latviya) 
"Qarabağ" (AZƏRBAYCAN) - "Sileks" (Şimali Makedoniya)
"Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya)
"Dinamo" (Brest, Belarus) - "Astana" (Qazaxıstan)
"Dinamo Tbilisi (Gürcüstan) - "Tirana" (Albaniya)
"Molde" (Norveç) - "KuPS" (Finlandiya)
"Flora" (Tallin, Estoniya) - "Suduva" (Litva)
"Tselye" (Sloveniya) - "Dandolk" (İrlandiya)
"Kİ (Klaksvik, Farer adaları) - "Slovan" (Bratislava, Slovakiya)
 
Qeyd edək ki, qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarətdir. Birinci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”