24 yanvar 2025. Cümə

Qarabağ aşkar favoritdir, amma ...


Qarabağ aşkar favoritdir, amma ...

Potensial rəqiblərimizin hamısı əla komandalar idi. “Qarabağ” aşkar favoritdir, amma Avropada daha uzun yolun xəyalındayıq".

Corner.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sileks"in baş məşqçisi Qoran Simov deyib.

Şimali Makedoniya klubunun çalışdırıcısı yerli mətbuata açıqlamasında püşkü dəyərləndirərkən "Qarabağ"ı tərifləməklə yanaşı, Bakıya yaxşı nəticə üçün gələcəklərini də bildirib:

“Qarabağ” yeddi il Azərbaycan çempionu olmuş və mütəmadi olaraq Çempionlar Liqasına vəsiqə qazanan əla komandadır. Rəqibin 20 miyon avro büdcəsi var. Ancaq biz özümüzü və Makedoniya futbolunu rüsvay etmək üçün ora ağ bayraqla getmirik. Əvvəlki kimi əlimizdən gələnin ən yaxşısını edəcəyik. Futbolda 90 dəqiqə ərzində hər şeyin mümkün olduğu dəfələrlə görünüb. Ümid sonda ölür".

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Bir oyundan ibarət bu mərhələdə "Qarabağ" rəqibini Bakıda qəbul edəcək.







Çempionlar liqası

"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”
"Rəqibimiz layiqli qələbə qazandı"
  • Çempionlar liqası
  • 12:19 23.01.2025
"Rəqibimiz layiqli qələbə qazandı"
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
  • Çempionlar liqası
  • 12:09 23.01.2025
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
"Hər şey öz əlimizdədir"  - Simone İnzaqi
  • Çempionlar liqası
  • 11:38 23.01.2025
"Hər şey öz əlimizdədir" - Simone İnzaqi