15 may 2026. Cümə

Levandovski Ronaldo və Messini qabaqladı


Levandovski Ronaldo və Messini qabaqladı

UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb. 

Corner.az-ın məlumatına görə, bu ada "Bavariya"nın polşalı  hücumçusu Robert Levandovski layiq görülüb. O, azarkeşlərin səsverməsinə əsasən, "Mançester Siti" klubunun müdafiəçisi Kayl Uolker, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo və "Barselona"nın forvardı Lionel Messini qabaqlayıb. 

32 yaşlı hücumçu İngiltərədə "Çelsi"ni 4:1 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin cavab matçında 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, 1/4 finalda "Atalanta" (İtaliya) - PSJ (Fransa), "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya), "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) və "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) görüşləri keçiriləcək. Oyunlar "8-lər finalı" formatında Portuqaliyada təşkil olunacaq.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"