26 mart 2026. Cümə axşamı

Koutinyo Barselona'ya qarşı meydanda ola bilər


Koutinyo Barselona'ya qarşı meydanda ola bilər

İcarə əsasında “Bavariya”da çıxış edən Flipp Koutinyo Çempionlar Liqasında Barselona'ya qarşı çıxış edə biləcək.

Corner.az xəbər verir ki, komandanın baş məşqçisi Xans Diter Filkin şans verdiyi təqdirdə 28 yaşlı yarımmüdafiəçi meydanda olacaq.

Bildirilir ki, hazırkı durumda Kinqsli Komanın əvəzinə braziliyalı futbolçunun oynaması daha çox real görünür. 

Xatırladaq ki, Koutinyo ötən mövsüm Bundesliqada 23 oyun keçirib və 8 qol vurub.

Qeyd edək ki, “Barselona” – “Bavariya” qarşılaşması avqustun 14-də keçiriləcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"