15 avqust 2026. Şənbə

ÇL-da texniki məğlubiyyət


ÇL-da texniki məğlubiyyət
UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsindən təxirə salınan “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya) oyunu ilə bağlı qərarını açıqlayıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Drita”nın iki futbolçusunda koronavirus aşkarlandığı üçün görüş keçirilməyəcək.

1-ci təsnifat mərhələsinin oyunlarına az vaxt qalmasını əsas gətirən qitə futbol qurumu “Drita”ya 0:3 hesablı texniki məğlubiyyət verib. Nəticədə “Linfild” növbəti mərhələyə adlayıb.
 
Qeyd edək ki, “Linfild” ÇL-in 1-ci təsnifat mərhələsində “Legiya” (Polşa) ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 18-19-da keçiriləcək.





Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu