15 avqust 2026. Şənbə

Qarabağ barədə düşünməyi qadağan etmişəm


Qarabağ barədə düşünməyi qadağan etmişəm

"Nə "Qarabağ", hazırda bütün diqqətimizi cümə günü "Polister"lə keçiriləcək oyuna yönəltmişik".

Corner.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasnın 1-ci təsnifat mərhələsindəki rəqibi "Sileks"in baş məşqçisi Qoran Simov deyib.

O, yerli mətbuata açıqlamasında hazırda yaınız Şimali Makedoniya çempionatının 2-ci turunun oyununa kökləndiklərini və Ağdam klubu ilə görüş barədə fikirləşməyi futbolçularına qadağan etdiyini bildirib: “Kratovoda oynayacağıq və ilk turda “Belasitsa” üzərindəki 6:0 hesablı qələbədən sonra yalnız 3 xalı hədəfləyəcəyik. Buna görə də oyunçulara şənbə gününə qədər “Qarabağ” barədə düşünməyi qadağan etmişəm”.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.(qol)







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu