5 dekabr 2025. Cümə

Ayağım qırılmasaydı, 40 metr qaçardım


Ayağım qırılmasaydı, 40 metr qaçardım

“Ayağım sağlam olsaydı, qələbəni necə bayram edəcəyimi təsəvvür edin. Bəlkə də, 40 metr qaçdığımı görərdiniz. Bu gün klubun 50 yaşı tamam olur. Ona görə də bu günü unutmayacağıq”.

Corner.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuçel Çempionlar Liqasının 1/4 finalında “Atalanta”ya qalib gəldikləri oyundan (2:1) sonra deyib.

Almaniyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında Paris klubunun yarımfinala yüksəlməsini böyük uğur adlandırıb: “Klub tarixində bu anın bir hissəsi olmaqdan çox məmnunuq. Kənardan baxan insanlara belə gözəl oyun asan gəlir. Onlar bu hədəflərə çatmağın nə qədər çətin olduğunu başa düşmürlər. Bu, hamımız üçün çox böyük bir addımdır.

İndiki məqamda komandanı oyuna hazırlamaq çətindir. Fransada mövsüm erkən dayandırıldığından futbolçular oyun ritmində deyildilər. Bununla belə, komandada qətiyyət, həvəs gördüm. Qələbəyə layiq idik. Ancaq qol gec vurulunda daha çox sevindirici olur”.

Xatırladaq ki, PSJ 90 və 90+3-cü dəqiqədə vurduğu qollar sayəsində tarixində ilk dəfə ÇL-in yarımfinalına yüksəlib.(qol)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”