- Çempionlar liqası
- 23:48 20.03.2026
“PSJ” klubunun əsas qapıçısı Keylor Navas Çempionlar Liqasının yarımfinal mərhələsində meydana çıxmaya bilər.
Corner.az xəbər verir ki, 34 yaşlı qolkiper “Atalanta” ilə dörddəbir final matçında sıradan çıxıb. Navası 79-cu dəqiqədə Serxio Riko əvəzləyib.
Klubunun rəsmi saytındakı açıqlamada bildirilir ki, müayinədən sonra kosta rikalı qapıçının zədələndiyi öz təsdiqini tapıb.
Kliniki qiymətləndirmə şənbə günü aparılacaq və bundan sonra onu meydançaya çıxıb-çıxmayacağı məlum olacaq.