26 mart 2026. Cümə axşamı

Lion Mançester Siti ilə matçın hakiminin dəyişdirilməsini tələb edir


Lion Mançester Siti ilə matçın hakiminin dəyişdirilməsini tələb edir

"Lion" klubu Çempionlar Liqasının 1/4 finalında qarşılaşacağı "Mançester Siti" ilə oyun üçün hakim təyinatının dəyişdirilməsini istəyir. 

Corner.az "Goal" nəşrinə istinadən xəbər verir ki, klub bu barədə UEFA-ya müraciət etmək niyyətindədir. Fransa təmsilçisi niderlandlı baş hakim Danni Makkelinin qərəzli ola biləcəyinə inanır.

Çünki "Lion" yarışla vidalaşsa və "Mançester Siti" titulu qazancağı təqdirdə Fransa təmsilçisi avrokuboklarda oynamaq şansını itirəcək. Bundan əlavə, Niderlandın "Ayaks" klubu avtomatik olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək. 

Qeyd edək ki, "Mançester Siti" - "Lion" matçı avqustun 15-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.(report)







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"