26 mart 2026. Cümə axşamı

Qarabağ'ın rəqibi xal itirdi


Qarabağ'ın rəqibi xal itirdi

Şimali Makedoniya çempionatında II turun oyunları keçirilir.

Corner.az-ın məlumatına görə, "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sileks" növbəti matçına çıxıb.

Kratovo təmsilçisi doğma meydanda "Pelister"lə qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb.

Matçda ilk qolu 6-cı dəqiqədə qonaqlar vursalar da, meydan sahibləri 43-cü dəqiqədə Burhan Mustafovun qolu ilə tarazlığı bərpa ediblər. 53-cü dəqiqədə İvan İvanovski "Sileks"i hesabda önə çıxarıb. Buna baxmayaraq, 76-cı dəqiqədə "Pelister" futbolçuları bərabərliyi təmin ediblər.

Bu nəticədən sonra xallarını 4-ə yüksəldən "Sileks" hələlik turnir cəvdəlinə başçılıq edir. Eyni xala malik "Pelister" isə 2-ci sırada qərarlaşıb.

Makedoniya çempionu ilk turda səfərdə "Belasitsa"nın qapısından 6 cavabsız top keçirmişdi.

Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"