30 iyun 2026. Çərşənbə axşamı

PSJ cərimələndi, Tuçel'ə xəbərdarlıq edildi


PSJ cərimələndi, Tuçel'ə xəbərdarlıq edildi
UEFA PSJ klubunu cəzalandırıb.
 
Corner.az xəbər verir ki, qitə futbol qurumu Paris təmsilçisini Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qarşılaşdıqları “Atalanta” ilə oyunda meydana gec çıxdıqları üçün 30 min avro cərimə edib.
 
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. PSJ-nin baş məşqçisi Tomas Tuçelə də bu məsələ ilə əlaqədar xəbərdarlıq edilib.
 
Qeyd edək ki, PSJ “Atalanta”ya 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.






Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu