1 fevral 2026. Bazar günü

Barselona 74 ildən sonra 8 qol buraxıb


Barselona 74 ildən sonra 8 qol buraxıb

"Barselona" klubu 74 ildən sonra bir matçda qapısında 8 qol görüb.

Corner.az-ın məlumatına görə, bu, UEFA Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə görüşdə gerçəkləşib - 2:8. 

Kataloniya təmsilçisi son olaraq 1946-cı ildə eyni aqibətlə üzləşib. Həmin vaxt "Sevilya" İspaniya Kubokunda "Barselona"nı 8:0 hesabı ilə məyus edib. 

Klub çempionat matçlarında 1931-ci ildə "Atletik"ə 1:12, 1935-ci ildə "Real Madrid"ə 2:8, 1940-cı ildə isə "Sevilya"ya 1:11 hesabı ilə uduzub. 

Qeyd edək ki, "Bavariya"ya ilə oyundakı nəticə "Barselona"nın avrokuboklarda ən böyük hesablı məğlubiyyəti olub. 







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”