5 dekabr 2025. Cümə

Bu oyunda çox əyləndik - Müller


Bu oyunda çox əyləndik - Müller

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller Çempionlar Liqasının dörddəbir finalında "Barselona" ilə oyunun ardından (8: 2) fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, görüşün ən yaxşısı seçilən almaniyalı futbolçu çox xoşbəxt olduqlarını bildirib:

“Hazırkı hisslərimizi izah etmək çətindir. Komandamız inanılmaz formadadır. “Matçın adamı” mükafatına görə təşəkkür edirəm, ancaq heyətdə buna layiq 12 və ya 15 oyunçumuz var idi. O qədər intensiv oynayırıq ki, bizi məğlub etmək çətindir. Bu oyunda çox əyləndik. Qolları kimin vurduğunun əhəmiyyəti yoxdur. Əlbəttə, “Barselona” xüsusi bir klubdur, buna görə daha da aqressiv çıxış etməli və rəqibi təzyiqdə saxlamalıydıq. Top bizdə olanda komandamızın hücumda kifayət qədər gücü var. Özümüzü çox güclü və xoşbəxt hiss edirik. Ancaq sakitləşmək lazımdır. Hazırda dünyanın hər yerindən gələn təbrik mesajlarına cavab veririk. Növbəti oyunda diqqətli olmalıyıq. Çünki hədəfimiz finala çıxmaqdır”.

Qeyd edək ki, “Bavariya” yarımfinalda “Mançester Siti” – “Lion” cütlüyünün qalibi ilə qarşılaşacaq.(matc)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”