1 fevral 2026. Bazar günü

Bavariya ÇL-sı qazansa, Barselona Liverpul'a pul ödəyəcək


Bavariya ÇL-sı qazansa, Barselona Liverpul'a pul ödəyəcək

Müqavilə ilə "Barselona"ya məxsus olan Filippe Koutinyo hazırda icarə əsasında çıxış etdiyi "Bavariya"nın heyətində UEFA Çempionlar Liqasının (ÇL) qalibi olacağı halda "Liverpul" klubu 5 milyon avro qazanacaq.

Corner.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, sözügedən məbləği mersisaydlılara Kataloniya təmsilçisi ödəyəcək.

Braziliyalı futbolçu 2018-ci ilin qışında "qırmızılar"dan La Liqa klubuna keçərkən onun müqaviləsinə belə bir bənd əlavə olunub. Həmin vaxt kataloniyalılar bu transfer üçün qarşı tərəfə 145 milyon avro ödəmişdi.

Qeyd edək ki, turnirin 1/4 final mərhələsində "Barselona"nı 8:2 hesabı ilə məğlub edən "Bavariya" yarımfinala yüksəlib. Həmin matçda qollardan 2-sini məhz Koutinyo vurub.

Almaniya klubu yarımfinalda "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq.(report)







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”