1 fevral 2026. Bazar günü

Barselona'ya qarşı oynamaq qeyri-adi idi – Koutinyo


Barselona'ya qarşı oynamaq qeyri-adi idi – Koutinyo
“Bavariya”nın futbolçusu Filipe Koutinyo  Çempionlar Liqasının 1/4 finalında “Barselona”ya 2:8 hesabı ilə qalib gələrək yarımfinala çıxdıqları matçdan sonra oyun haqda fikirlərini bölüşüb.
 
Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə ilə Kataloniya klubuna məxsus olan 28 yaşlı hücumçu “Barselona”ya qarşı oynamağın qeyri-adi olduğunu deyib:

 “Zədəmi sağaltmışam. Uzun müddətdir ki, oynamırdım. Formaya düşmək üçün çox çalışdım. Bu matç mühim idi. Barselona”ya qarşı oynamaq qeyri-adi idi. Amma “Bavariya” ilə müqaviləm var. Diqqətimi Çempionlar Liqasına yönəltmişəm”.

Qeyd edək ki, “Bavariya” turnirin yarımfinalında “Mançester  Siti”-“Lion” cütünün qalibi ilə üz-üzə gələcək.(qol)





Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”