30 iyun 2026. Çərşənbə axşamı

ÇL-da həftənin ən yaxşısına namizədlər


ÇL-da həftənin ən yaxşısına namizədlər

Çempionlar Liqasında 1/4 final mərhələsinin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər arasında PSJ-nin hücumçusu Neymar, “Leypsiq”in müdafiəçisi Dayo Upamekano, “Bavariya”nın hücumçusu  Tomas Müller və “Lion”nun hücumçusu Mussa Dembele yer alıb. Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.


Qeyd edək ki, 1/4 finalda, PSJ “Atalanta”ya (2:1), “Leypsiq” “Atletiko”ya (2:1), “Bavariya” “Barselona”ya (8:2), “Lion” isə “Mançester Siti”yə (3:1) qalib gələrək yarımfinal mərhələsinə vəsiqə əldə edib.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu