UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Corner.az xəbər verir ki, turnirin yarımfinal mərhələsində “Bavariya” (Almaniya) Lion (Fransa) ilə, PSJ (Fransa) isə “Leyptsiq”lə (Almaniya) üz-üzə gələcək.
Bununla da, turnirin tarixində ikinci dəfə İngiltərə, İtaliya və İspaniya klublarının yer almadığı yarımfinal mərhələsi baş tutacaq. İlk dəfə belə hal 30 il əvvəl – 1990-1991-ci illər mövsümündə, Çempionlar Kubokunun yarımfinalında baş verib.
Həmin vaxt “Spartak” (Moskva, Rusiya), “Olimpik” (Marsel, Fransa), “Bavariya” (Almaniya) və “Srvena Zvezda” (Serbiya) 1/4 final mərhələsindən qalib ayrılmışdı.