13 avqust 2026. Cümə axşamı

Navas yarımfinalda çıxış etməyəcək


Navas yarımfinalda çıxış etməyəcək

PSJ-nin qapıçısı Keylor Navas zədə səbəbindən Çempionlar Liqasının yarımfinalında "Leyptsiq"lə oyunu buraxacaq.

Corner.az Fransa mətbuatına istinadən xəbər verire ki, kosta-rikalı qolkiper hələ məşqlərə başlamayıb. 34 yaşlı qapıçının yarımfinal görüşünə kimi bərpa oluna bilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, Navas 1/4 finalda "Atalanta" ilə matçda (2:1) zədələnib.

Əlavə edək ki, PSJ - "Leytpsiq" oyunu avqustun 18-i keçiriləcək.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu