24 yanvar 2025. Cümə

İndi yalnız Qarabağ barədə düşünürük


İndi yalnız Qarabağ barədə düşünürük

"Pelister"lə 2:2 hesablı heç-heçə etdiyimiz oyundan sonra psixoloji cəhətdən hazır olmağa çalışırıq. Hər şeyi geridə qoyduq, indi yalnız "Qarabağ" haqqında düşünürük". 

Corner.az "Gol.mk" saytına istinadən xəbər verir ki, bu fikirləri Şimali Makedoniyanın "Sileks" klubunun baş məşqçisi Qoran Simov "Qarabağ"la qarşılaşacaqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin matçından öncə deyib. 

45 yaşlı mütəxəsis oyunçuları heç nəyə görə günahlandırmadığını bildirib. O, Azərbaycan çempionu ilə görüş barədə bunları söyləyib: "İstəyirəm ki, futbolçular meydanda ən yaxşısını versinlər. Möcuzələrə inanmalıyıq, çünki futbolda eyni şeylər tez-tez baş verir. Bir matç oynanılacaq. İntizamlı olmalı və yaxşı səviyyədə çıxış etməliyik". 

Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq.(report)







Çempionlar liqası

"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”
"Rəqibimiz layiqli qələbə qazandı"
  • Çempionlar liqası
  • 12:19 23.01.2025
"Rəqibimiz layiqli qələbə qazandı"
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
  • Çempionlar liqası
  • 12:09 23.01.2025
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
"Hər şey öz əlimizdədir"  - Simone İnzaqi
  • Çempionlar liqası
  • 11:38 23.01.2025
"Hər şey öz əlimizdədir" - Simone İnzaqi