15 avqust 2026. Şənbə

Azarkeşsiz oynamağımız rəqibin üstünlüyüdür


Azarkeşsiz oynamağımız rəqibin üstünlüyüdür

"Həmişə evdə oynayanda 20-25 min azarkeş bizimlə olub. Hər zaman yanımızda onları hiss etmişik. Azarkeşsiz oynamağımız rəqibin üstünlüyü olacaq".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali Makedoniyanın "Sileks" klubu ilə qarşılaşacaqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq. 







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu